AZ

ABŞ Əl-Tanfdan qoşunların çıxardı

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı Əl-Tanf qarnizonundan öz qoşunlarını mərhələli şəkildə çıxarıb.

Azreform.info xəbər verir ki, bu barədə komandanlığın məlumatında bildirilib.

"Bu addım Birləşmiş Çoxmillətli Əməliyyat Qrupu – "Sarsılmaz Qətiyyət" əməliyyatı (CJTF-OIR) tərəfindən həyata keçirilən planlı və vəziyyətin qiymətləndirilməsinə əsaslanan keçidin bir hissəsidir", - bəyanatda deyilib.

Qeyd edək ki, CJTF-OIR 2014-cü ildə CENTCOM tərəfindən yaradılıb və o vaxtdan bəri İŞİD terror qruplaşması ilə mübarizədə müttəfiq qüvvələrə məsləhət verib, dəstək göstərib və onların fəaliyyətini təmin edib. 2025-ci ilin aprelində ABŞ Müdafiə Nazirliyi 2019-cu ildə İŞİD-in ərazi məğlubiyyətindən sonra Suriyadakı obyektlərinin konsolidasiyasına başladığını elan edib.

Seçilən
1
3
azreform.info

4Mənbələr