AZ

ABŞ Suriyadakı Əl-Tanf qarnizonundan qoşunların çıxarılmasını yekunlaşdırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyadakı Əl-Tanf qarnizonundan öz qoşunlarını mərhələli şəkildə çıxarıb.

"Report" xəbər verir ki, bu barədə komandanlığın məlumatında bildirilib.

"Bu addım Birləşmiş Çoxmillətli Əməliyyat Qrupu – "Sarsılmaz Qətiyyət" əməliyyatı (CJTF-OIR) tərəfindən həyata keçirilən planlı və vəziyyətin qiymətləndirilməsinə əsaslanan keçidin bir hissəsidir", - bəyanatda deyilib.

Qeyd edək ki, CJTF-OIR 2014-cü ildə CENTCOM tərəfindən yaradılıb və o vaxtdan bəri İŞİD terror qruplaşması ilə mübarizədə müttəfiq qüvvələrə məsləhət verib, dəstək göstərib və onların fəaliyyətini təmin edib. 2025-ci ilin aprelində ABŞ Müdafiə Nazirliyi 2019-cu ildə İŞİD-in ərazi məğlubiyyətindən sonra Suriyadakı obyektlərinin konsolidasiyasına başladığını elan edib.

 

 

 

Seçilən
7
3
qaziler.az

4Mənbələr