AZ

Putin kəşfiyyat xidmətinə buna görə qoşulubmuş

Rusiya Prezidenti Vladimir Putinin peşə seçiminə "kəşfiyyatçılar haqqında möhtəşəm bir film" təsir edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezident Administrasiyasının İctimai Layihələr İdarəsinin rəhbəri Sergey Novikov "Böyük ölkənin qəhrəmanları" kino mükafatı forumunda məlumat verib.

Novikovun sözlərinə görə, kino baş qəhrəmanın peşəsini populyarlaşdıra və tamaşaçıda ona bənzəmək istəyi yarada bilər. O, "Kino qəhrəmanları - gələcəyin memarları. 30 ildən sonra ölkə və dünya" adlı plenar müzakirədə qeyd edib ki, əgər qəhrəmanın inkişaf yolu və əldə etdiyi nəticələr tamaşaçını cəlb edirsə, bu, təqlid üçün nümunəyə çevrilir. Nümunə kimi o, "Yuxarıya doğru hərəkət" (Движение вверх) idman dramından sonra bir çox yeniyetmənin basketbola başladığını və Putinin də məhz kəşfiyyatçılar haqqında film izlədikdən sonra bu sahəyə yönəldiyini göstərib.

Putin özü də daha əvvəl etiraf etmişdi ki, kəşfiyyatçı olmaq qərarını hələ məktəbi bitirməmişdən əvvəl, dördseriyalı "Qalxan və qılınc" (Щит и меч) filmini izlədikdən sonra verib.

Seçilən
9
50
publika.az

10Mənbələr