AZ

Putin iqtisadi yavaşlamanı etiraf etdi...

...Rusiya Maliyyə Nazirliyi 2025-ci ildə federal büdcə kəsirinin ÜDM-in 2,6 faizini təşkil etdiyini göstərən məlumatları dərc edib. Neft və qaz gəlirləri əvvəlki ilə nisbətən 24 faiz azalaraq 8,48 trilyon rubla düşüb.

Bu rəqəmlər Putinin ölkə iqtisadiyyatının yavaşladığını ilk dəfə ictimaiyyətə etiraf etməsi ilə üst-üstə düşür.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Forbes yazır.

2025-ci ilin dekabr ayında keçirilən son mətbuat konfransında prezident ÜDM artımının cəmi 1 faiz olduğunu bildirərək bunu inflyasiyanı 5,7-5,8 faizə endirmək üçün "şüurlu addım" adlandırıb.

Putin həmçinin büdcə problemlərini həll etməyin "ən dürüst" yolu kimi ƏDV-nin artırılmasının vacibliyini vurğulayıb.

1 yanvar tarixindən etibarən Rusiya hökuməti ƏDV dərəcəsini 20faizdən 22 faizə qaldırıb və elektronikaya yeni vergilər tətbiq edib.

Bizneslər tez bir zamanda reaksiya verib: logistika şirkətləri qiymətləri 10-20, qida xidmətləri, fitnes və özəl səhiyyə xidmətlərini 8-10, İT sektorunu isə 5-7 faiz artırıb. Qiymətlərin və vergilərin artması ictimai narazılığa səbəb olub və müxtəlif bölgələrdə kiçik, lakin müntəzəm etirazlar qeydə alınıb. Lakin proqnozlar pessimist olaraq qalır.

Dünya Bankının məlumatına görə, Rusiya iqtisadiyyatı iki illik 4 faiz artımdan sonra 2025-ci ildə cəmi 0,9 faiz böyüyüb. 2026-cı il üçün isə artımın cəmi 0,8 faiz olacağı gözlənilir. Səbəb kimi kredit siyasətinin sərtləşdirilməsi, işçi qüvvəsinin çatışmazlığı və müharibə ilə əlaqəli iqtisadi təhriflər göstərilir. Sanksiyalar vəziyyəti daha da ağırlaşdırır. Rusiya on milyardlarla dollar itirib və mindən çox xarici şirkət ölkəni tərk edib.

Enerji sektoruna və "kölgə donanmasına" qoyulan məhdudiyyətlər əlavə zərbə vurub.

Səfərbərlik və hərbi itkilər işçi qüvvəsinin azalmasına səbəb olub ki, bu da istehsalı və gəliri azaldır.

İqtisadi İnkişaf naziri Maksim Reşetnikov artıq ölkənin “tənəzzülün astanasında” olduğunu bildirib.

Ekspertlər hesab edirlər ki, 2026-cı il ruslar üçün çətin maliyyə ili olacaq və tənəzzül perspektivi real olaraq qalır.

Əli Babayev

Seçilən
32
1
sia.az

2Mənbələr