AZ

Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 12 fevral, AZƏRTAC

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes və investisiya potensialı, ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat marşrutları haqqında məlumat verilib.

Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirən Azərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmiş gömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir. Prioritet investisiya istiqamətlərinə bərpaolunan enerji, rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar, nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsal sahələri daxildir.

Qeyd olunub ki, ölkəmiz regionun enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanın şaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzər regionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regional bağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.

Ölkəmiz müasir nəqliyyat infrastrukturuna qoyulan irihəcmli investisiyalar sayəsində Avrasiya məkanında mühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu, müasir logistika və hava yük terminalları, doqquz beynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsi ölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha da gücləndirir.

Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Bu ölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
10
azertag.az

10Mənbələr