Bakı. Trend:
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ABŞ-nin ƏsasAmerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədriBetsi Berns Kornun rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.
Trend bu barədəİqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Azərbaycanın iqtisadi göstəriciləri, biznes vəinvestisiya potensialı, ölkənin təşəbbüsçüsü və iştirakçısı olduğuenerji və nəqliyyat marşrutları haqqında məlumat verilib.
Bildirilib ki, strateji coğrafi mövqeyini real imkanlara çevirənAzərbaycan iqtisadi zonalar, vergi güzəştləri və müasirləşdirilmişgömrük sistemi ilə biznes üçün əlverişli mühit təqdim edir.Prioritet investisiya istiqamətlərinə bərpa olunan enerji,rəqəmsallaşma, innovasiyalar və yaşıl texnologiyalar,nəqliyyat-tranzit, logistika, yüksək əlavə dəyər yaradan istehsalsahələri daxildir.
Qeyd olunub ki, Azərbaycan regionun enerji təhlükəsizliyinintəmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Azərbaycanınşaxələndirilmiş neft və qaz kəmərləri sistemi vasitəsilə Xəzərregionunu beynəlxalq bazarlarla birləşdirən strateji rolu regionalbağlantıların gücləndirilməsi üçün geniş imkanlar açır.
Məlumat verilib ki, Azərbaycan müasir nəqliyyat infrastrukturunaqoyulan iri həcmli investisiyalar sayəsində Avrasiya məkanındamühüm nəqliyyat-logistika qovşağına çevrilib. Bakı-Tbilisi-Qarsdəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı GəmiqayırmaZavodu, müasir logistika və hava yük terminalları, doqquzbeynəlxalq hava limanı və yenilənmiş avtomobil yolları şəbəkəsiölkənin regional və qlobal təchizat zəncirlərində rolunu daha dagücləndirir.
Görüş zamanı Azərbaycanın İsrail və ABŞ ilə iqtisadiəməkdaşlığının mövcud vəziyyəti haqqında məlumat verilib. Buölkələrlə tərəfdaşlığın möhkəmləndirilməsi nəzərdən keçirilib.