AZ

Premyer Liqa klubu baş məşqçisi ilə yolları ayırdı

İngiltərənin “Nottingem Forest” klubu baş məşqçisi Şon Dayçla yollarını ayırıb. 

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Hazırda 27 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan komandanın bu nəticələri rəhbərliyi qane etməyib. Bu baxımdan da onunla yollar ayrılıb.

Qeyd edək ki, Şon Dayç 2025-ci ilin oktyabr ayında “Nottingem Forest”in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. 

Seçilən
10
idmanxeber.az

1Mənbələr