İngiltərənin “Nottingem Forest” klubu baş məşqçisi Şon Dayçla yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 54 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Hazırda 27 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan komandanın bu nəticələri rəhbərliyi qane etməyib. Bu baxımdan da onunla yollar ayrılıb.
Qeyd edək ki, Şon Dayç 2025-ci ilin oktyabr ayında “Nottingem Forest”in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.