AZ

Azərbaycan fermerləri yaxın günlərdə subsidiya almağa başlayacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.

BAKU.WS nazirliyə istinadən xəbər verir ki, bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib.

Onun sözlərinə görə, subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinq prosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığorta müqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlər subsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.

Cari dövrdə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer EKTİS-ə 639 minə yaxın bəyan daxil edib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.

Subsidiya fermer kartlarına köçürülür. Fermerlər vəsaitin 25 %-ni nağd şəkildə istifadə edə, 75 %-ni isə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin - mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına da sərf oluna bilər.

Seçilən
13
3
far.az

4Mənbələr