AZ

Baş nazirin birinci müavininin keçmiş köməkçisi dəm qazından boğuldu YENİLƏNİB

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakıda arvadı ilə birgə dəm qazından boğulan Rəşad Əliyevlə bağlı yeni faktlar üzə çıxıb.

Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.

Belə ki, R.Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.

O, daha sonra bizneslə məşğul olmağa başlayıb. “Toyota Bakı Mərkəzi”nin baş direktoru, “İSR Avto”nun direktoru, “İmprotex Motors”un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə “IZIA Development” şirkətinin direktoru kimi çalışırmış.

Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. “Qırmızı əmək bayrağı” ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynovun bacısı oğludur.

***

saat 10:20

Bakıda ər-arvad qazdan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb.

64 yaşlı Rəşad Firudin oğlu Əliyev və arvadı 58 yaşlı Dilarə Ramiz qızı Əliyeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Nəticədə R. Əliyev hadisə yerində ölüb, xanımı isə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
21
lent.az

10Mənbələr