AZ

“Mercedes Benz”in xalis gəliri ötən il iki dəfə azalıb

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 12 fevral, AZƏRTAC

Alman avtomobil istehsalçısı “Mercedes-Benz”in xalis mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.

AZƏRTAC xəbər verir ki, şirkətin mətbuata açıqlamasına görə, bu rəqəm təxminən 49 faiz azalaraq 10,4 milyard avrodan 5,3 milyard avroya enib.

Gəlirin azalmasının səbəbləri arasında rüsumlar, valyuta məzənnəsinin mənfi təsiri və əsasən Çin istehsalçıları tərəfindən artan rəqabət qeyd olunur.

“Mercedes-Benz”in satışları da 9 faiz azalaraq 132,2 milyard avroya düşüb. Şirkət ötən il təxminən 2,16 milyon minik avtomobili və mikroavtobusu satıb. Bununla yanaşı, Çində satışlar 19 faiz azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
3
azertag.az

4Mənbələr