AZ

“Mercedes-Benz”in gəliri iki dəfə azalıb

Alman avtomobil istehsalçısı “Mercedes-Benz”in xalis mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb.

"Unikal" xəbər verir ki, şirkətin mətbuata açıqlamasına görə, bu rəqəm təxminən 49 faiz azalaraq 10,4 milyard avrodan 5,3 milyard avroya enib.

Gəlirin azalmasının səbəbləri arasında rüsumlar, valyuta məzənnəsinin mənfi təsiri və əsasən Çin istehsalçıları tərəfindən artan rəqabət qeyd olunur.

“Mercedes-Benz”in satışları da 9 faiz azalaraq 132,2 milyard avroya düşüb. Şirkət ötən il təxminən 2,16 milyon minik avtomobili və mikroavtobusu satıb. Bununla yanaşı, Çində satışlar 19 faiz azalıb.

Seçilən
43
unikal.az

1Mənbələr