QHT-lər WUF13-də aktiv iştirak etməlidirlər.
QHT.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva QHT-lər üçün təşkil edilmiş “Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu” mövzusunda WUF13 üzrə təlimdə deyib.
Onun sözlərinə görə, forumda yerli iştirakçılıq çox önəmlidir:
“Hər birimiz WUF13-də aktiv iştirak etməliyik. Orada çoxsaylı tədbirlər keçiriləcək, önəmli məsələlərin müzakirəsi baş tutacaq. Qonaqlarla birgə bizim də yerli iştirakçılığımız böyük önəm daşıyır. QHT-ləri forumda aktiv iştiraka səsləyirik”.
Xatırladaq ki, bu il mayın 17-22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək.