AZ

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi QHT-ləri WUF13-də aktiv iştiraka çağırıb

QHT-lər WUF13-də aktiv iştirak etməlidirlər.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva QHT-lər üçün təşkil edilmiş "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda WUF13 üzrə təlimdə deyib.

Onun sözlərinə görə, forumda yerli iştirakçılıq çox önəmlidir:

"Hər birimiz WUF13-də aktiv iştirak etməliyik. Orada çoxsaylı tədbirlər keçiriləcək, önəmli məsələlərin müzakirəsi baş tutacaq. Qonaqlarla birgə bizim də yerli iştirakçılığımız böyük önəm daşıyır. QHT-ləri forumda aktiv iştiraka səsləyirik".

Xatırladaq ki, bu il mayın 17-22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçiriləcək.

Seçilən
39
2
far.az

3Mənbələr