AZ

Təlxəkdirlər: Mbappe hakimləri təhqir etdiyinə görə cəzalanmayacaq

“Real Madrid” in hücumçusu Kilian Mbappe “Valensiya”ya 0:2 hesabı ilə məğlub olduqları oyunda hakim haqqında dediyi sözlərə görə cəzalandırılmayacaq.

Publika.az xəbər verir ki, bu barədə “L’Equipe” qəzeti məlumat yayıb.

Ofsayd qərarına görə qəzəbli olan Mbappe oyunun fasiləsində hakimdən izahat tələb edib, lakin o, kameralar qarşısında onunla danışmaqdan imtina edib.

Paltardəyişmə otağından qayıdan hücumçu tuneldə hakimdən yenidən izahat tələb edib. Hakimdən cavab almayan hücumçu məyusluqla gülümsəyərək Eduardo Kamavinqaya fransızca deyib: “Hakimlər necə də təlxəkdirlər, qardaş”.

Seçilən
24
10
publika.az

10Mənbələr