AZ

Mbappe hakimləri təlxək adlandırıb

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 23-cü turunda "Valensiya"ya qarşı 2:0 hesablı qələbə qazandıqları oyunda hakimi tənqid edib.

Oxu.Az AS-a istinadən xəbər verir ki, Mbappe mübahisəli epizoda görə dördüncü hakimi təhqir edib.

"Bu, ofsayd necə ola bilər? İzahata ehtiyacım var. Gəl tunelin içinə girək və sən mənə izah et, çünki başa düşmürəm. Səninlə danışıram, sən isə mənə baxmırsan, mənimlə danışmırsan", - deyə ulduz futbolçu hakimə sərt etiraz edib.

Daha sonra dördüncü hakimin ona diqqət yetirmədiyini görən Mbappe komanda yoldaşı Kamavinqaya tərəf dönərək fransızca "təlxək hakimlər" ifadəsini işlədib.

Qeyd edək ki, La Liqanın 23 turundan sonra "Real Madrid" 57 xalla turnir cədvəlində ikinci yerdədir. "Valensiya" isə 23 xalla 17-cidir.

"Cebheinfo.az"

Seçilən
22
2
cebheinfo.az

3Mənbələr