AZ

“World Defence Show 2026”: Beynəlxalq tərəfdaşlarla görüşlər davam etdirilir  

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” beynəlxalq sərgisi çərçivəsində fevralın 11-də Somali Federativ Respublikasının müdafiə naziri Ahmed Moallim Fiqi, Sudan Respublikasının müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundi Respublikası müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernləşdirilməsi, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.

Seçilən
19
2
azerbaijan-news.az

9Mənbələr