Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” beynəlxalq sərgisi çərçivəsində fevralın 11-də Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Sudanın müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundi müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.
Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernizasiyası, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */


