Mərkəzi Bankın sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə 2026-cı ilin ilk görüşünü keçirib.
Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətinin yekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinə təsir göstərə biləcək əsas struktur və mövcud çağırışlar üzrə müzakirələr aparılıb. Müzakirələr zamanı sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyə vasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdə tutulan tədbirlər nəzərdən keçirilib.
Görüş zamanı cari il üzrə strateji hədəflər, həmçinin tənzimləmə və nəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


