Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) ölkədə fəaliyyət göstərənkommersiya banklarının strateji hədəfləri, həmçinin tənzimləmə vənəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlərmüzakirə edilib.
Trend xəbərverir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "Linkedin" sosialşəbəkəsindəki hesabında paylaşım edib.
“Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən kommersiya banklarınınrəhbərləri ilə 2026-cı ilin ilk görüşünü keçirdik.
Görüş çərçivəsində bank sektorunun 2025-ci il üzrə fəaliyyətininyekunları, inkişaf perspektivləri, eləcə də maliyyə sabitliyinətəsir göstərə biləcək əsas struktur və mövcud çağırışları müzakirəetdik. Bu zaman sektorun dayanıqlılığının gücləndirilməsi, maliyyəvasitəçiliyinin dərinləşdirilməsi və tənzimləmə çərçivəsinintəkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş və nəzərdətutulan tədbirlərdən danışdıq.
Görüş zamanı cari il üzrə strateji hədəflər, həmçinin tənzimləmə vənəzarət mexanizmlərinin daha da gücləndirilməsi üzrə prioritetlərətrafında geniş fikir mübadiləsi apardıq”, - paylaşımda qeydedilib.