Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak edirlər.Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib. Mədəniyyət sahəsinin idarəolunması, müəssisələrin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə işlər davam etdirilməsinin zəruriliyi vurğulanıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası haqqında danışan Adil Kərimli bildirib ki, bu tarixi sənəd milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. Konsepsiyada mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji yol xəritəsidir.Nazir qarşıya qoyulan hədəflərə çatmaq üçün vahid komanda şəklində fəaliyyətin vacibliyini qeyd edib, hər kəsə uğurlar arzulayıb.Sonra beynəlxalq mədəni əməkdaşlıq, kitabxanalar, rəqəmsallaşma, Böyük Qayıdış və muzeylər mövzusu üzrə nazir müavini Fərid Cəfərovun, incəsənət, konsert müəssisələri və teatr fəaliyyəti barədə nazir müavini Murad Hüseynov və Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində ümumi vəziyyətlə bağlı NMR mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən Seyidovun çıxışları dinlənilib.İclasda həmçinin mədəni irslə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, kino sahəsi və yaradıcı sənayelər üzrə Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Rəşad Əzizov, mədəniyyət təhsili ilə bağlı nazirin müşaviri Cəsarət Valehov və Heydər Əliyev mərkəzlərinin fəaliyyəti ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov hesabat məruzəsi ilə çıxış ediblər.Çıxışlar müvafiq sahələr üzrə fəaliyyətin nəticələrini əks etdirən slayd-təqdimatla müşayiət olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


