AZ

Mədəniyyət Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilib

Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib.

AzNews.az xəbər verir ki, Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib.

Mədəniyyət sahəsinin idarəolunması, müəssisələrin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə işlər davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyası haqqında danışan Adil Kərimli bildirib ki, bu tarixi sənəd milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir.

Konsepsiyada mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji yol xəritəsidir.

Seçilən
22
11
aznews.az

10Mənbələr