AZ

Daha 6 məktəbə direktor təyin olundu - FOTO

Yazını böyüt
Yazını kiçilt

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib.

Bu barədə hafta.az-a idarədən məlumat verilib. 

Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru; 

Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru;

Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru;

Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;

Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta məktəbin direktoru;

Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən həftə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə direktor təyinatı həyata keçirilmişdir.



 
Seçilən
5
25
hafta.az

10Mənbələr