Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 6 məktəbə direktor təyinatı həyata keçirilib.
Bu barədə hafta.az-a idarədən məlumat verilib.
Hacıyeva Günel Vilayət qızı - Gəncə şəhəri Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru;
Həmidova Pərvanə Qurban qızı - Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru;
Camalzadə Leyla Hümbət qızı - Gəncə şəhəri Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbin direktoru;
Muradova Günel Oruc qızı - Samux rayonu Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin direktoru;
Məmmədova Günel Elçin qızı - Samux şəhəri 3 nömrəli tаm orta məktəbin direktoru;
Məmmədov Seymur Vaqif oğlu - Gəncə şəhəri Nikolay Nekrasov adına 19 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, ötən həftə də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan 3 məktəbə direktor təyinatı həyata keçirilmişdir.


