AZ

Yanvarda Azərbaycanda ərzağa 3 milyard manata yaxın pul xərclənib

ain.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan əhalisi 2026-cı ilin yanvar ayında ərzaq məhsullarına 2 milyard 600.5 milyon manat vəsait xərcləyib. 

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,2% çoxdur. 

Məlumata görə, hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 515,7 manatlıq, o cümlədən 278,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 237,1 manatlıq qeyri-ərzaq malları alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
2
banco.az

10Mənbələr