Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 1 milyard 282 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 376.6 milyon manat (41.6%) çoxdur.
Xatırladaq ki, 2024-cü ildə banklar 905.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat ili ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 847.9 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!