“Qəbələ” qış transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüblər.
Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi komandaların formasını geyib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта