ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Kolumbus kollektivinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.
Nəriman Axundzadə cari mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.