ABŞ-nin "Kolumbus Kru" klubu "Qarabağ"dan Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə Kolumbus kollektivinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.
Qeyd edək ki, Nəriman Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.
#baki #baku #bakuws #bakuws1