AZ

Trampı qəzəbləndirən reper rekord qırdı

Yeniavaz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Puerto Rikolu reper və müğənni “Bad Bunny”nin (əsl adı Benito Antonio Martinez Okasio) Super Kubokdakı çıxışı rekord qırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

31 yaşlı sənətçinin canlı şousunu dünya üzrə 135,4 milyon izləyici izləyib.

Əvvəlki rekord 2025-ci il Super Kubokunda çıxış edən reper Kendrik Lamara məxsus idi (133,5 milyon izləyici).

Qeyd edək ki, “Bad Bunny”nin çıxışı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.Sosial şəbəkəsindəki paylaşımda Amerika lideri bunu “ABŞ-nin üzünə vurulmuş şillə” adlandırıb:

“Super Kubokun fasilə şousu tamamilə dəhşətli idi, ən pislərindən biri! Bu, heç bir məntiqə sığmır, Amerikanın böyüklüyünə təhqirdir və uğur, yaradıcılıq və ya mükəmməllik standartlarımızı əks etdirmir. Heç kim bu oğlanın dediyi bir kəlmə də başa düşməyib, rəqslər isə iyrənc idi”. 

Qeyd edək ki, reper şouda ilk dəfə olaraq tamamilə ispan dilində çıxış edib. O, ingilis dilində bir cümlə deyib: “Tanrı Amerikanı qorusun” və sonra Mərkəzi, Cənubi və Şimali Amerika ölkələrini sadaladı, rəqqaslar isə həmin ölkələri bayraqlarını çıxardı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
yeniavaz.com

2Mənbələr