AZ

Trampı qəzəbləndirən reper rekord qırdı


Puerto Rikolu reper və müğənni “Bad Bunny”nin (əsl adı Benito Antonio Martinez Okasio) Super Kubokdakı çıxışı rekord qırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
31 yaşlı sənətçinin canlı şousunu dünya üzrə 135,4 milyon izləyici izləyib.
Əvvəlki rekord 2025-ci il Super Kubokunda çıxış edən reper Kendrik Lamara məxsus idi (133,5 milyon izləyici).
Qeyd edək ki, “Bad Bunny”nin çıxışı ABŞ Prezidenti Donald Trampı qəzəbləndirib.Sosial şəbəkəsindəki paylaşımda Amerika lideri bunu “ABŞ-nin üzünə vurulmuş şillə” adlandırıb:
“Super Kubokun fasilə şousu tamamilə dəhşətli idi, ən pislərindən biri! Bu, heç bir məntiqə sığmır, Amerikanın böyüklüyünə təhqirdir və uğur, yaradıcılıq və ya mükəmməllik standartlarımızı əks etdirmir. Heç kim bu oğlanın dediyi bir kəlmə də başa düşməyib, rəqslər isə iyrənc idi”. 
Seçilən
23
1
yeniavaz.com

2Mənbələr