AZ

"Qarabağ"ın oyununun saatı dəyişdi - Yenilənib 

Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" - "Qarabağ" oyununun başlama saatı dəyişilib...

Poliqon xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

***

Bu gün Misli Premyer Liqasının 19-cu turunda keçiriləcək "Şamaxı" - "Qarabağ" oyunundan öncə çətin vəziyyət yaranıb.

Poliqon xəbər verir ki, qarşılaşmanın keçiriləcəyi Şamaxı Şəhər Stadionuna qar yağıb.

Stadionun ot örtüyü tamamilə qarın altında qalıb. Hazırda təmizlik işləri getsə də, qar yağmağa davam edir. 

Matçın təxirə salınmaq ehtimalı var. 

Poliqon.info

Seçilən
33
14
poliqon.info

10Mənbələr