Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib.
Bu barədə SİA-ya Peşəkar Futbol Liqasından məlumat verilib.
Bildirilib ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.