Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.
"Cebheinfo.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"