Qaradağ rayonunda restoranı yandırmaqda ittiham edilən daha bir şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməli törətməkdə şübhəli bilinən daha bir nəfər – C.Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.