Polşa yüksək döyüş hazırlığına malik olmaqla ehtiyat məqsədli 500 min nəfərlik ordu yaratmağı planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamişa istinadən məlumat yayıb.
O qeyd edib ki, yeni ehtiyat ordusu könüllü olacaq və sürətli səfərbərlik üçün nəzərdə tutulub. Orduya yazılanlar müntəzəm olaraq təlim və məşğələlər keçəcək.
Nazir əlavə edib ki, ilk könüllülərin təliminə bu ilin 7 mart tarixində başlanacaq.