AZ

Polşa 500 min nəfərlik ehtiyat ordu yaradır

Polşa yeni, yüksək döyüş hazırlığına malik 500 min nəfərlik ehtiyat ordu yaratmağı planlaşdırır.

APA xəbər verir ki, bu barədə "RMF 24" Polşa Baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamişa istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, yeni ehtiyat ordusu könüllü olacaq və sürətli səfərbərlik üçün nəzərdə tutulub. Orduya yazılanlar müntəzəm olaraq təlim və məşğələlər keçəcək.

Nazir əlavə edib ki, ilk könüllülərin təliminə bu ilin 7 mart tarixində başlanacaq.

Seçilən
35
3
apa.az

4Mənbələr