Bakı. Trend:
Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və PekinŞəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xariciməhsulların sərgi-yarmarkalarında nümayiş olunur.
Trend bubarədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamıüçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalqpremium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır.
"Ölkəmizin Çində ticarət nümayəndəsi aparatının dəstəyi iləPekindəki Azərbaycan Ticarət Evi paytaxtın “Ritan” və “Wanyuan -Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan”brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digərspirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri vəçayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlardaAzərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər dətəqdim olunur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, 6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan vəToncou rayonlarında keçirilir.