AZ

Azərbaycan məhsulları Çində keçirilən premium məhsullar sərgisində nümayiş olunur

ain.az bildirir, Azertag portalına istinadən.

Pekin, 6 fevral, AZƏRTAC

Azərbaycan məhsulları Çinin Kommersiya Nazirliyinin və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə Pekində keçirilən xarici məhsulların sərgi-yarmarkalarında nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, Çin Yeni ili ərəfəsində təşkil edilən və “Hamı üçün böyük bazar: Çinə ixrac” şüarı altında keçirilən beynəlxalq premium məhsullar sərgisi şopinq festivalı xarakteri daşıyır.

Ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə Pekindəki "Azərbaycan Ticarət Evi" paytaxtın “Ritan” və “Wanyuan - Wangfujing Outlet” ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulları, o cümlədən şərab və digər spirtli içki növlərini, nar şirələrini, kompotları, mürəbbələri və çayı xüsusi pavilyonlarda təqdim edir. Bundan başqa, pavilyonlarda Azərbaycan şirniyyatları və milli mədəniyyətimizə aid suvenirlər də təqdim olunur.

Qeyd edək ki, 6 günlük silsilə yarmarkalar Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
6
azertag.az

7Mənbələr