Kamçatka yarımadasında 5.8 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsindən məlumat verilib.
Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskdan 232 km məsafədə baş verib. Zəlzələnin ocağı 40.5 km dərinlikdə yerləşib.
Fövqəladə Hallar Nazirliyinin Regional Mətbuat Xidməti xəsarət alanın olmadığını bildirib.