AZ

Kamçatkada güclü zəlzələ oldu

Kamçatka yarımadasında 5.8 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsindən məlumat verilib.

Məlumata görə, zəlzələ Petropavlovsk-Kamçatskdan 232 km məsafədə baş verib. Zəlzələnin ocağı 40.5 km dərinlikdə yerləşib.

Fövqəladə Hallar Nazirliyinin Regional Mətbuat Xidməti xəsarət alanın olmadığını bildirib.

Milli.Az

Seçilən
54
2
milli.az

3Mənbələr