Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
1990-cı illərin sonlarında İsrail Baş naziri Binyamin Netanyahunun təhlükəsizlik xidmətinə rəhbərlik edən Ami Dror onun ailəsi haqqında təəccüblü açıqlamalar verib.
Hurriyyet.org xəbər verir ki, "Maariv" nəşrinə danışan Drorun iddaları müzakirələrə səbəb olub.
Onun iddiasına görə, Netanyahunun oğlu Yair Netanyahu atasına fiziki hücum edib və hadisə mediada yayıldıqdan sonra Yair İsraili tərk edərək ABŞ-ın Mayami şəhərinə göndərilib.
Dror Netanyahunu "restoranlarda yemək yeyib pul ödəməyən, xərcləri başqalarının üzərinə atan biri" kimi təsvir edib. O, həmçinin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu da "pis niyyətli qadın" kimi qələmə verib.
"Mən bunu əvvəllər də demişəm və bunun üzərində dururam. Sara Netanyahu kleptomaniyadan (fərdlərin ehtiyac duymadıqları əşyaları oğurlamasına səbəb olan güclü istək) əziyyət çəkir. Şəxsən mən hədiyyələrin yoxa çıxmasının və otellərdən dəsmalların oğurlanmasının şahidi olmuşam", - deyə o qeyd edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.