AZ

Netanyahunun təhlükəsizlik xidmətinin keçmiş rəhbərindən şok iddia: Həyat yoldaşı...

1990-cı illərin sonlarında İsrail Baş naziri Binyamin Netanyahunun təhlükəsizlik xidmətinə rəhbərlik edən Ami Dror onun ailəsi haqqında təəccüblü açıqlamalar verib.

Publika.az xəbər verir ki, "Maariv" nəşrinə danışan Drorun iddaları müzakirələrə səbəb olub.

Onun iddiasına görə, Netanyahunun oğlu Yair Netanyahu atasına fiziki hücum edib və hadisə mediada yayıldıqdan sonra Yair İsraili tərk edərək ABŞ-ın Mayami şəhərinə göndərilib.

Dror Netanyahunu "restoranlarda yemək yeyib pul ödəməyən, xərcləri başqalarının üzərinə atan biri" kimi təsvir edib. O, həmçinin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu da "pis niyyətli qadın" kimi qələmə verib.

Seçilən
24
1
publika.az

2Mənbələr