AZ

Generalı güllələyən şəxs qadın imiş

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edən şəxsin fotosunu yayımlayıb.

NOCOMMENT.az Rusiya KİV-ə istinadən xəbər verir ki, xüsusi xidmət orqanları cinayətin iştirakçısı olan Zinaida Serebritskayanın 2020-ci ilə qədər Ukrayna vətəndaşı olduğunu və soyadının Antonyuk olduğunu bildirib.

O, 1971-ci ildə Ukrayna SSR Voroşilovqrad (Luqansk) vilayətində anadan olub.

FSB qadının cinayətin sonradan törədildiyi binada mənzil kirayələdiyini aşkar edib.

FSB əlavə edib ki, sui-qəsd cəhdi günü cinayətkar generalın liftin eniş meydançasında gözləyib və onu gördüksən sonra dörd atəş açıb.

Seçilən
19
2
nocomment.az

3Mənbələr