AZ

Generalın sui-qəsdini təşkil edən qadın imiş

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) general Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində iştirak edən şəxsin fotosunu yayımlayıb.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, süsusi xidmət orqanları cinayətin iştirakçısı olan Zinaida Serebritskayanın 2020-ci ilə qədər Ukrayna vətəndaşı olduğunu və soyadının Antonyuk olduğunu bildirib.

O, 1971-ci ildə  Ukrayna SSR Voroşilovqrad (Luqansk) vilayətində anadan olub. 

FSB qadının cinayətin sonradan törədildiyi binada mənzil kirayələdiyini aşkar edib. 

FSB əlavə edib ki, sui-qəsd cəhdi günü cinayətkar generalın liftin eniş meydançasında gözləyib və onu gördüksən sonra dörd atəş açıb.  

Seçilən
54
2
unikal.az

3Mənbələr