AZ

"X"in işində genişmiqyaslı fasilələr müşahidə olunur

"X" sosial şəbəkəsinin (keçmiş "Twitter") işində genişmiqyaslı fasilələr qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda "X" sosial şəbəkəsin işində bütün dünyada asilələrlə üzləşir. Qeyd olunur ki, şəbəkədəki ciddi nasazlıqlar məhz "Superboul" - Amerika Milli Futbol Liqasının (NFL) final oyunu zamanı baş verir.

Monitorinq xidmətinin məlumatına görə, "X"in işindəki ləngimələrin hər hansı konkret ölkədəki internet bağlantısı problemləri ilə heç bir əlaqəsi yoxdur, həmçinin bu, dünyanın hansısa hissəsində sosial şəbəkənin bloklanması ilə bağlı deyil.

Seçilən
13
7
publika.az

10Mənbələr