X sosial şəbəkəsində genişmiqyaslı kəsintilər aşkar edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks məlumat verib.
Bildirilir ki, X sosial şəbəkəsi hazırda bütün dünyada kəsintilər yaşayır.
Qeyd olunur ki, ciddi kəsintilər NFL finalı olan Super Bowl zamanı baş verir.