AZ

Tramp ağır topunu Qafqaza göndərir Vensin Azərbaycana səfər tarixi bəlli oldu

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Globalinfo.az xəbər verir ki, bunu Vensin mətbuat katibi “Azadlıq Radiosu”na açıqlamasında deyib.

Vens 9-10 fevral tarixlərində Ermənistanda, 10-11 fevral tarixlərində isə Azərbaycanda olacaq.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.

Vensin regiona səfəri hazırkı ABŞ–İran gərginliyi fonunda diqqət çəkir. Onun Bakı səfərində Azərbaycan rəsmiləri ilə görüşdə bu mövzunu da müzakirə edəcəyi istisna edilmir. ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri Rusiya tərəfdən də xüsusi maraqla izlənəcək. Çünki bu, sıradan bir səfər sayılmır. Artıq bir çox analitiklər bildirirlər ki, ABŞ Cənubi Qafqaza girir. Prezident Donald Tramp özünün ən “ağır toplarından” olan vitse-prezident Cey Di Vensi boşuna bu regiona göndərmədiyi bütün dünyaya məlumdur.

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
42
globalinfo.az

10Mənbələr