AZ

Hindistan şirkəti Azərbaycandan qaz almaq istəyir

Ölkənin ən böyük neft və qaz şirkətlərindən biri olan “Bharat Petroleum” mayeləşdirilmiş qaz (LPG) almaq üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bunu Hindistan şirkətinin nümayəndəsi T.V. Pandian bildirib.

“Bharat Petroleum” ABŞ-dən mayeləşdirilmiş neft qazı idxal etmək üçün tender elan edib.

“Yaxın Şərqdə münaqişə var. Hörmüz boğazı bağlanarsa, nə edəcəyik? Bu elan edilmiş tender təchizat mənbələrimizi şaxələndirmək məqsədimizin bir hissəsidir”, – Pandian bildirib.

O izah edib ki, Çinin ABŞ-dən LPG idxalından imtina etməsi Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.

Seçilən
7
3
konkret.az

4Mənbələr