Ölkənin ən böyük neft və qaz şirkətlərindən biri olan "Bharat Petroleum" mayeləşdirilmiş qaz (LPG) almaq üçün Azərbaycanın dövlət neft şirkəti ilə danışıqlar aparır.
"Yeni Sabah" The Hindu-ya istinadla xəbər verir ki, bunu Hindistan şirkətinin nümayəndəsi T.V. Pandian bildirib.
"Bharat Petroleum" ABŞ-dən mayeləşdirilmiş neft qazı idxal etmək üçün tender elan edib.
"Yaxın Şərqdə münaqişə var. Hörmüz boğazı bağlanarsa, nə edəcəyik? Bu elan edilmiş tender təchizat mənbələrimizi şaxələndirmək məqsədimizin bir hissəsidir", - Pandian bildirib.
O izah edib ki, Çinin ABŞ-dən LPG idxalından imtina etməsi Hindistana onu daha aşağı qiymətlərlə əldə etməyə imkan verəcək.
Telegram kanalımız